...

İran və ABŞ arasında müzakirənin növbəti raundunun məkanı haqda qərar veriləcək

Dünya xəbərləri Materials 14 Aprel 2025 11:55 (UTC +04:00)
İran və ABŞ arasında müzakirənin növbəti raundunun məkanı haqda qərar veriləcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar müzakirələrin növbəti raundunun hansı ölkədə keçirilməsi ilə əlaqədar qərar veriləcək.

Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müzakirələrin harada keçirilməsi ilə əlaqədar vasitəçi Oman tərəfindən lazımi addımlar atılacaq. Oman tərəfinin rəsmi rəyi elan olunduqdan sonra müzakirələrin məkanı haqda qərar veriləcək. İran və ABŞ arasında müzakirələr Omanın vasitəçiliyi ilə davam etdiriləcək.

Bəqai bildirib ki, İran və ABŞ arasında müzakirələr birbaşa şəkildə keçirilmir və bu effektiv və səmərəli deyil. Növbəti raundda gələcək müzakirələrin hansı formatda keçirilməsi haqda qərar veriləcək.

Qeyd edək ki, ötən gün (12 aprel Oman paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Əlavə edək ki, ABŞ 2018-ci il noyabr ayında İranın nüvə proqramı ilə əlaqədar İrana qarşı yeni sanksiyalar tətbiq edib. Ötən müddət ərzində sanksiyalara İranın neft ixracı, 700-dən çox bank, şirkət və fiziki şəxs daxil olunub.

Xatırladaq ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla Atom Enerjisi üzrə Büynəlxalq Agentliyin nəzarət mexanizmi 20-30% azalıb.

Xəbər lenti

Xəbər lenti