...

Türkiyə-Bolqarıstan sərhədində yarım tona yaxın narkotik vasitə müsadirə olunub

Dünya xəbərləri Materials 14 Aprel 2025 12:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Bolqarıstanla sərhəddə yerləşən (Ədirnə şəhəri) Kapıkule Sərhəd-Buraxılış Məntəqəsində təlim keçmiş itin vasitəsilə yarım tona yaxın narkotik vasitə qaçaqmalçılığı faktının üstü açılıb

Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Narkotik vasitələr bir yük maşınında yerləşən 19 qutuda, 411 vakuum paketdə gizlədilib və ümumilikdə təxminən 492 kiloqram çəkidə olub

Gömrük ərazisinə daxil olan bir yük maşını şübhəli və riskli hesab olunduğu üçün Rentgen yoxlanışına yönləndirilib. Lakin uzun müddət keçməsinə baxmayaraq, nəqliyyat vasitəsinin hələ də Rentgen yoxlanışına daxil olmaması gömrük əməkdaşlarında şübhə yaradıb. Rentgen yoxlanışında şübhəl sıxlıqların aşkarlanmasından sonra, növbəti prosedurda təlim keçmiş itdən istifadə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti