Bakı. Trend:
Estoniya İstehlakçı Hüquqlarının Müdafiəsi və Texniki Nəzarət Departamentinin nümayəndəsi Erko Kulu bildirib ki, son bir il yarım ərzində ölkə GPS sisteminin fəaliyyətində ciddi pozuntularla üzləşib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
“Maneələr gündəlik xarakter daşıyır və sərhədin o biri tərəfdən – yəni, Sankt-Peterburq bölgəsindən qaynaqlanır,” – Kulu qeyd edib.
Estoniyanın hava hərəkətinə nəzarət xidmətinin nümayəndəsi Mihkel Hauq isə bildirib ki, dispetçerlər artıq bu cür maneələrə öyrəşsələr də, onlar aviasiya infrastrukturunun işinə əlavə yük yaradır.