...

ABŞ-nin Atlantik okean sularında qayıq batıb: ölən və yaralılar var

Dünya xəbərləri Materials 14 Aprel 2025 17:47 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Florida sahilləri yaxınlığında (Atlantik okean) qayıq batıb.

Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, nəticədə bir nəfər həlak olub, daha beş nəfər itkin düşüb. Florida sahil mühafizə xidməti hazırda onların axtarışını həyata keçirir.

Dənizçilər Sent Lüsi İnlet-dən 25 dəniz mili aralıda qayığın qəzaya uğradığı çevrədən bir nəfərin meyiti ilə yanaşı, 4 nəfəri sağ vəziyyətdə aşkarlayıb. Sudan çıxarılan zərərçəkənlərin xəsarətlər aldığı deyilsə də, heç birinin həyatına təhlükə yoxdur.

Qəzanın səbəbi və hadisənin təfərrüatları barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti