...

Türkiyədən Rusiyaya kimyəvi maddə ixracı azalıb

Dünya xəbərləri Materials 15 Aprel 2025 11:03 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Rusiyaya kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz azalaraq 105 milyon 307 min 3 dollara çatdırıb.

Trend-in xəbərinə görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Rusiyaya kimyəvi maddə məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalaraq, 291 milyon 658 min 76 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 faiz azalaraq, 7 milyon 773 min 310 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 2 milyon 729 min 594 dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 11,3 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 30 milyon 469 min 748 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti