...

Britaniyada inflyasiya zəifləyib - Uçot dərəcələri aşağı salına bilər

Dünya xəbərləri Materials 16 Aprel 2025 14:30 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mart ayında Böyük Britaniyada inflyasiya səviyyəsi 2.6 faizə enib. Ölkənin mərkəzi bankı sayılan “Bank of England”ın rəhbərliyi gələn aydan uçot dərəcələrini aşağı salmağı götür-qoy edir.

Trend xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Ötənaykı inflyasiya göstəricisi mərkəzi bank analitiklərinin proqnozlaşdırdığı 2.7%-lik enişdən də aşağı çıxıb. Bu azalma fevral ayında Britaniyada istehlak qiymətləri indeksinin yanvar ayındakı 3%-dən 2.8%-ə düşməsindən sonra, geyim qiymətlərinin ucuzlaşmasının ardınca baş verib.

ABŞ prezidenti Donald Trampın bu ay rüsumlarla bağlı verdiyi qərarlardan əvvəl analitiklər inflyasiyanın apreldən etibarən artacağını, yay aylarında təxminən 4%-ə çatacağını və gələn il yenidən enəcəyini proqnozlaşdırırdılar.

Lakin ABŞ prezidentinin ticarət müharibəsi bu proqnozlara kölgə salıb. Əgər Çin əvvəllər ABŞ üçün nəzərdə tutulan məhsulların Avropaya “dempinqi” ilə bağlı Avropa rəhbərliyi ilə razılığa gələrsə, istehlak qiymətləri indeksi daha da aşağı düşə bilər.

Beləcə, İngiltərə Bankının növbəti ay keçiriləcək iclasında uçot dərəcəsini azaltması üçün təzyiqlər artır. Bankın keçmiş müavinlərindən biri olan Çarli Bin ötən həftə bildirib ki, rüsumlarla bağlı qeyri-müəyyənlik səbəbindən Bank inflyasiya ilə bağlı narahatlıqları kənara qoymalı və borclanma xərclərini ən azı yarım faiz azaltmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti