...

Rusiyada İranla bağlanmış hərtərəfli strateji tərəfdaşlıq haqda müqavilə təsdiqlənib

Dünya xəbərləri Materials 16 Aprel 2025 11:50 (UTC +04:00)
Rusiyada İranla bağlanmış hərtərəfli strateji tərəfdaşlıq haqda müqavilə təsdiqlənib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Federasiya Şurası keçirilən plenar iclasda Rusiya ilə İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqda müqavilənin ratifikasiyası haqda qanunu təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, sözügedən sənəd İran prezidenti Məsud Pezeşkianın yanvar ayında Moskvaya etdiyi rəsmi səfəri zamanı imzalanmışdı.

Sənəddə Moskva ilə Tehranın uzunmüddətli perspektivdə əməkdaşlığının inkişafı üçün hüquqi çərçivələr təsbit olunub.

Müqavilə Rusiya və İranı strateji tərəfdaşlar kimi müəyyənləşdirir və müdafiə və terrorla mübarizədən tutmuş, elm, mədəniyyət, kənd təsərrüfatı, enerji, nəqliyyata kimi bütün sferaları əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti