...

ABŞ və Ukrayna arasında minerallar üzrə saziş bu həftə bağlana bilər - Bessent

Dünya xəbərləri Materials 16 Aprel 2025 13:12 (UTC +04:00)
ABŞ və Ukrayna arasında minerallar üzrə saziş bu həftə bağlana bilər - Bessent
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ştatlarla Ukrayna arasında faydalı qazıntılarla bağlı saziş artıq bu həftə imzalana bilər.

Trend xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent açıqlayıb.

“Biz buna çox yaxınıq. Artıq bu həftə imzalana da bilər”, - deyə o, "Bloomberg" agentliyinə bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi qarşılıqlı təkliflə çıxış etdiyindən, danışıqlar hələ ki, davam edir.

Ukrayna faydalı qazıntıları ilə bağlı sazişin şərtlərini müzakirə etmək üçün Ukrayna və ABŞ nümayəndələri arasında texniki danışıqlar 11-12 aprel tarixlərində keçirilib.

Xatırladaq ki, ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanması 28 fevral tarixində, Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasında Ağ Evdə baş tutan görüş zamanı yaşanan mübahisədən sonra baş tutmamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti