Bakı. Trend:
Ukrayna Ali Radası ölkədə ümumilli səfərbərliyin mayın 9-dan etibarən 90 gün müddətinə uzadılmasının lehinə səs verib.
Trend xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak açıqlama yayıb.
O, öz “Telegram” kanalında bildirib ki, bu qərarı 346 parlamentari dəstəkləyib. Bununla səfərbərlik avqustun 6-dək uzadılıb.
Ondan daha əvvəl isə Ali Radada Ukraynada hərbi vəziyyətin uzadılması səsverməyə qoyulmuş və müvafiq qərar qəbul olunmuşdu.