...

"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq

Dünya xəbərləri Materials 16 Aprel 2025 21:00 (UTC +04:00)
"Google"un süni intellekti telefonun qalereyasında olan şəkilləri detallı araşdıracaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Google”un süni intellekti mobil telefon istifadəçilərin fotoqalereyasını təfsilatlı şəkildə araşdırmağı öyrənib.

Trend “xarici KİV-lərə istinadən xəbər verir ki, Gemini artıq “Google Foto” xidmətinə inteqrasiya edilib.

Artıq Gemini istifadəçiləri neyron şəbəkəni konkret şəkilləri axtarmaq üçün qoşa bilərlər. İnteqrasiyanı aktivləşdirmək üçün Gemini tətbiqini açmaq, sağ yuxarı küncdəki profil işarəsinə toxunmaq, “Tətbiqlər” bölməsini seçmək və “Google Foto”nu aktiv etmək lazımdır. Bundan sonra süni intellektə müxtəlif meyarlara əsaslanaraq şəkilləri tapmaq tapşırıla bilər. Bu meyarlar aşağıdakılardır:

  • şəkilin çəkildiyi yer və ya tarix;
  • fotoda nə əks olunduğunun təsviri;
  • Gemini çat-botu ilə hazırkı söhbətin mövzusu.

Aşağıdakı kimi göstərişlərdən istifadə etmək mümkündür:

  • “Keçən yaydan olan şəkillərimi göstər”;
  • “Son selfilərimi göstər”;
  • “Son səfərimdən olan şəkillərimi göstər”;
  • “Mənim mənzərə şəkillərimi tap”.

Hazırda bu xüsusi neyron şəbəkə funksiyası yalnız ABŞ-da yaşayan Android mobil cihaz istifadəçiləri üçün və yalnız ingilis dili ilə məhduddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti