...

Tramp Rusiya gəmilərinə ABŞ limanlarına giriş qadağasını bir il uzadıb

Dünya xəbərləri Materials 16 Aprel 2025 21:53 (UTC +04:00)
Tramp Rusiya gəmilərinə ABŞ limanlarına giriş qadağasını bir il uzadıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Rusiya bayrağı altında üzən və ya digər şəkildə Rusiya Federasiyası ilə əlaqəli olan gəmilərin ABŞ limanlarına qəbuluna qoyulan qadağanı daha bir il müddətinə uzadıb.

Trend xəbər verir ki, bu barədə məlumat ABŞ Federal Reyestrində dərc olunan Ağ Evin sənədində yer alıb.

“Mən bununla Rusiya Federasiyasına münasibətdə milli fövqəladə vəziyyət rejimini və Rusiyaya aid gəmilərin Birləşmiş Ştatların limanlarında yanalmasını və hərəkətini tənzimləmək üçün 10371 saylı Bəyannamədə təsbit olunmuş fövqəladə hallar səlahiyyətlərini bir il müddətinə uzadıram”, – sənəddə qeyd olunub.

Xəbər lenti

Xəbər lenti