Bakı. Trend:
İstanbul Hava Limanı Avropada eyni anda üç müstəqil zolaqda uçuş və eniş əməliyyatlarını həyata keçirə bilən ilk hava limanı olacaq.
Trend xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Nazirin sözlərinə görə, bu yenilik hava nəqliyyatının idarə
olunmasında mühüm və tarixi bir mərhələdir:
"Yeni sistem sayəsində İstanbul Hava Limanında eyni vaxtda üç
təyyarə bir-birindən asılı olmayan zolaqlara enə və ya havaya qalxa
biləcək".
O, sistemin aprelin 17-də saat 10:00-da (Bakı vaxtı ilə 11:00-da) istifadəyə veriləcəyini bildirib.