...

Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub

Dünya xəbərləri Materials 17 Aprel 2025 06:19 (UTC +04:00)
Çində dünyanın ən nazik oyun smartfonu təqdim olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çində oyun həvəskarları üçün nəzərdə tutulan dünyanın ən nazik oyun smartfonu təqdim edilib.

Trend xəbər verir ki, bu barədə "GizmoChina" nəşri məlumat yayıb.

Sözügedən cihaz – "Red Magic 10 Air" smartfonu Çinin “Nubia” şirkəti tərəfindən təqdim olunub. 6.8 düymlük ekranla təchiz edilən cihaz, yüksək performanslı oyunlar zamanı optimal temperaturu qorumaq üçün təkmilləşdirilmiş "Composite Liquid Metal 2.0" soyutma sistemi ilə təchiz edilib.

Yeni model, incə dizaynı və güclü texniki göstəriciləri ilə bazarda seçilməyi hədəfləyir. Qeyd olunur ki, "Red Magic 10 Air" məhz qeymerlər üçün xüsusi olaraq hazırlanıb və oyun təcrübəsini maksimum səviyyəyə çatdırmaq üçün optimallaşdırılıb.

Xəbər lenti

Xəbər lenti