Bakı. Trend:
İranın ABŞ ilə müzakirələrdə müəyyən olunmuş məqsədləri uduş-uduş formatlı, ədalətli, məntiqli və davamlı anlaşmanı əldə etməkdir.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər naziri Kazım Qəribabadi yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, İran bu anlaşmanın qısa müddət ərzində və yaxud hökumətin dəyişilməsi ilə pozulmasını istəmir.
Qəribabadi qeyd edib ki, İran heç bir təhqir və ya məntiqsiz təzyiq olmadan uzunmüddətli anlaşmanı əldə etməyi hədəfləyib.
Nazir müavini əlavə edib ki, ABŞ ilə keçirilən müzakirələrdə İranın nüvə proqramından kənar heç bir ayrı məsələ yoxdur. Ümumiyyətlə, bu müzakirələrdə başqa heç bir mövzu müəyyən edilməyib.
Qeyd edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.