...

“Apple” “iPhone” istifadəçilərini “iOS”u təcili yeniləməyə çağırıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 12:52 (UTC +04:00)
“Apple” “iPhone” istifadəçilərini “iOS”u təcili yeniləməyə çağırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” şirkəti “iPhone”ları üçün “iOS” əməliyyat sisteminin yeni, 18.4.1 versiyasının buraxıldığını elan edib. “iOS 18.4.1”, həmçinin, “macOS Sequoia 15.4.1” təhlükəsizliklə bağlı öncəki versiyalarda ortaya çıxmış ciddi nöqsanların aradan qaldırılmasına hədəflənib.

Trend xəbər verir ki, bu haqda “MacRumors” portalı yazır.

“Apple”dan bildiriblər ki, aşkarlanmış həssas nöqtələrdən konkret istifadəçilərə yönəlmiş son dərəcə mürəkkəb kiberhücumlarda istifadə oluna bilər, buna görə də şirkət istifadəçiləri öz mobil cihazları və qadjetlərinə yeni versiyanı yükləməyə çağırıb.

“CoreAudio”da aşkar edilmiş həssaslıqlardan biri, zərərli audiofayllar vasitəsilə kibercinayətkarların zərərli kod işə salmasına imkan verirdi. Belə təhdidlərin qarşısını almaq üçün “Apple” yaddaşın mühafizəsini gücləndirib və sərhəd yoxlamalarının təkmilləşdirilmiş üsullarını tətbiq edib.

İkinci problem isə göstərici autentifikasiyasının ötürülməsi ilə bağlı idi ki, bu da hakerlərə yaddaşa çıxış əldə etmək imkanı verirdi. Bu cür hücumların qarşısını almaq üçün şirkət həmin zəif kodu silib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti