...

AEBA İran və ABŞ arasında müzakirələrin müsbət sonluğa çatmasına köməklik etməyə çalışır – Qrossi

Dünya xəbərləri Materials 17 Aprel 2025 14:38 (UTC +04:00)
AEBA İran və ABŞ arasında müzakirələrin müsbət sonluğa çatmasına köməklik etməyə çalışır – Qrossi
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran və ABŞ arasında müzakirlərin müsbət nəticəyə çatmasına kömək etməyə çalışır.

Trend-in məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi bu gün Tehranda İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İran və ABŞ arasında körpü rolunu oynamaq niyyətindədir.

İranda keçirdiyi görüşlərə münasibət bildirən Qrossi əlavə edib ki, keçirilən görüşlərdə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin hazırda İran və ABŞ arasında davam edən müzakirələri hansı şəkildə dəstəkləməsi haqda danışıqlar aparılıb. Agentlik bu prosesin sadə proses olmadığını və bu müzakirələrin nəticəyə çatmaması üçün bəzi şəxslərin olduğunu bilir. Lakin sülhün əldə olunması üçün səylər göstərilməlidir.

“Texnologiya sahəsində əldə olunan hər bir anlaşma çox önəmli anlaşma olacaq. Bu anlaşma etibarlı sənəd olmalıdır və etibarlı olması üçün AEBA-nın sınaqlarını ehtiva etməlidir. Önəmli olan İranın fikirlərini öyrənmək və İranın gözləntilərini bilməkdir. Həmçinin agentlik müzakirələrin təkmilləşməsi prosesində rola sahib olmaq istəyir”, - deyə o qeyd edib.

Qeyd edək ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi 16 apreldə İrana səfər edib və İranın xarici işlər naziri Seyid Abbas Araqçi ilə və bu gün isə (17 aprel) İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının sədri Məhəmməd Eslami ilə görüşərək danışıqlar aparıb.

Əlavə edək ki, 12 apreldə Omanın paytaxtı Məsqətdə İran xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkofun başçılığı ilə İran və ABŞ arasında İranın nüvə proqramı ilə əlaqədar dolayısı müzakirələr keçirilib. Müzakirələrin konstruktiv və qarşılıqlı hörmət əsasında keçirildiyi bildirilir. Danışıqların növbəti raundu 19 aprelə təyin olunub.

Xəbər lenti

Xəbər lenti