...

Gürcüstanda prezident "xarici qrantlarla" bağlı qanunvericiliyə edilən dəyişikliyi təsdiqləyib

Dünya xəbərləri Materials 17 Aprel 2025 16:16 (UTC +04:00)
Gürcüstanda prezident "xarici qrantlarla" bağlı qanunvericiliyə edilən dəyişikliyi təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanın prezidenti Mixail Kavelaşvili xaricdən ayrılan qrantlarla bağlı qanunvericiliyə edilmiş dəyişikliyi təsdiqləyib.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Təsdiqlənmiş sənədə əsasən, bundan sonra Gürcüstan vətəndaşları və ya təşkilatları hökumətin əvvəlcədən razılığı olmadan xaricdən qrant əldə edə bilməyəcəklər.

Sənəd hakim “Gürcü Arzusu” partiyasının çoxluq təşkil etdiyi parlamentdə üçüncü oxunuşda qəbul edildikdən bir gün sonra təsdiqlənib.

Cari dəyişikliklər “Qrantlar haqqında” qanuna əlavə edilib. Yeni qaydalara əsasən, xarici maliyyəni hökumətin icazəsi olmadan qəbul edən şəxslər ikiqat məbləğdə cərimələnəcəklər. İstisna yalnız xaricdə təhsil, elmi fəaliyyət və idman assosiasiyalarının dəstəklənməsi məqsədilə ayrılmış vəsaitlərə şamil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti