...

Alimlər toyuq ətində təhlükəli bakteriya aşkarlayıb

Dünya xəbərləri Materials 17 Aprel 2025 21:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Yaponiyanın Osaka Universitetinin tədqiqatçıları Banqladeşdə toyuq ətinin tərkibində “Escherichia albertii” bakteriyasının yüksək konsentrasiyasını aşkarlayıb. Sözügedən bakteriya az tanınmağına baxmayaraq bağırsaq çöpünün potensial təhlükəli yaxın “qohumudur”.

Trend xəbər verir ki, araşdırma ilə bağlı məqalə “International Journal of Food Microbiology” dərgisində çap olunub.

Aşkarlanan patogen mədə-bağırsaq xəstəliklərinə yol açır və anti-biotiklərə yüksək dayanıqlılıq nümayiş etdirir ki, bu onların müalicəsini xeyli zəiflətmiş olur.

“E. Albertii” ilk dəfə Banqaldeşdə 2003-cü ildə üzə çıxıb. Həmin vaxtdan bəri sözügedən bakteriya Cənub-Şərqi Asiyada o cümlədən Yaponiyada kütləvi qida zəhərlənmələrinə səbəb olub.

Bununla belə, bu bakteriya hələ də yetərincə öyrənilməyib və tez-tez digər mikroorqanizmlərlə səhv salınaraq yanlış təsnif edilir.

Qeyd edək ki, araşdırma üçün tədqiqatçılar Banqladeşin dörd bölgəsində yerləşən 17 ticarət obyektində toyuq ətindən, daxili orqanlardan, kloakadan götürülmüş yaxmalardan, işçi heyətin əlindən və toyuq emalı avadanlıqlarından nümunələr toplayaraq analiz aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti