...

Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb

Dünya xəbərləri Materials 18 Aprel 2025 20:20 (UTC +04:00)
Türkiyədə Azərbaycan Şirkətlərinin Qeydiyyatı və Sərmayəsi azalıb

Bakı. Trend:

2025-ci ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 34 şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16 şirkət azdır.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -ə Türkiyə Ticarət və Sənaye Palatasından (TOBB) məlumat verilib.

“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 34 milyon 850 min türk lirəsi olduğu halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 28 milyon 512 min 500 türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin mart ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (29) qeydiyyata alınıb.

“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi kapitalı 26 milyon 250 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan qeyd edilib.

Məlumata əsasən, 2025-cü ilin mart ayında Türkiyədə Azərbaycan kapitalı ilə 15 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti