Bakı.Trend:
Ermənistanın Radio və Televiziya komissiyasının sədri Tiqran Akopyan ictimai multipleksdə Rusiya telekanalarının sayının azaldılmasının zəruri olduğunu bəyan edib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Düşünürəm ki, bizim ictimai multipleksdə xarici teleşirkətlərin iştirakı əhəmiyyətli dərəcədə azaldılmalıdır”, - o bildirib.
Qeyd edilir ki, Ermənistanda hal-hazırda yalnız “Birinci kanal”, “Kultura” və “RTR Planeta” kanalları yayımlanır.