Bakı.Trend:
İsrail ordusu yaxın aylarda İranın nüvə obyektlərinə hədəflənmiş məhdud sayda zərbələr endirə bilər.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail ABŞ-yə bir neçə hücum variantı, o cümlədən aviareydlər və xüsusi-əməliyyatların keçirilməsini təklif edib. Hücumların bu ilin yaz və ya yay aylarında baş verəcəyi istisna edilmir.
Agentliyin həmsöhbəti bildirib ki, bu hücumlarla Tehranın nüvədən hərbi-məqsədli tətbiqinə keçməsini bir ilə qədər ləngidə bilərlər.