...

Putin Pasxa ilə əlaqədar atəşkəs elan edib

Dünya xəbərləri Materials 19 Aprel 2025 18:14 (UTC +04:00)
Putin Pasxa ilə əlaqədar atəşkəs elan edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa münasibətilə atəşkəs elan edib.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidməti açıqlama yayıb.

“Humanitar mülahizələrə əsaslanaraq, bu gün saat 18:00-dan bazar günündən bazar ertəsinə keçən gecə saat 00:00-a qədər Rusiya tərəfi Pasxa bayramı ilə əlaqədar atəşkəs elan edir. Bu müddət ərzində bütün döyüş əməliyyatlarını dayandırmağı əmr edirəm. Ukrayna tərəfinin bizim nümunəmizi izləyəcəyini düşünürük. Eyni zamanda, qoşunlarımız atəşkəsin mümkün pozuntularına və düşmən tərəfindən təxribatlara, onun hər hansı təcavüzkar hərəkətlərinə qarşı cavab verməyə hazır olmalıdır”, – deyə Prezident Putinin bəyanatında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti