Bakı. Trend:
Misirin cənubundakı Minya əyalətində baş verən yol qəzası faciə ilə nəticələnib – 8 nəfər həyatını itirib, 25 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Trend-in “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, qəza Minya əyalətinin Tuna el-Gebel kəndində qeydə alınıb. Yük maşını işçiləri və onların uşaqlarını daşıyan pikap avtomobilinə çırpılıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır.