Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna və ətraf ərazilərində "Ənsar Allah" hərəkatına bağlı husilərin mövqelərinə və təlim düşərgələrinə 21 hava zərbəsi endirib.
Trend-in “Al Arabiya”ya istinadən verdiyi məlumata görə, hücumlar zamanı Sənanın şərqində yerləşən Əl-Haf bölgəsindəki silah anbarları da hədəfə alınıb.
Bundan əlavə, husilərə məxsus “Əl Məsirə” telekanalı aprelin 19-da ABŞ qüvvələrinin Yəmənin Hudeyda limanı və hava limanına 13 hava hücumu həyata keçirdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ Yəməndə husilərə qarşı hərbi əməliyyatları martın 15-dən etibarən intensivləşdirib. O vaxtdan bəri keçmiş prezident Donald Trampın göstərişi ilə ölkənin təxminən üçdə birinə nəzarət edən üsyançı hədəflərinə ardıcıl zərbələr endirilir.