...

Dubay şokoladına qlobal tələbat püstə qıtlığına səbəb olub

Dünya xəbərləri Materials 20 Aprel 2025 08:45 (UTC +04:00)
Dubay şokoladına qlobal tələbat püstə qıtlığına səbəb olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Keçən ilin yayında sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladı ətrafında yaranan ajiotaj dünyada püstə qıtlığına yol açıb.

Trend xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Bloqçuların və sosial media istifadəçilərinin icmallarından sonra sürətlə yayılan bu trend şokolad püstə pastası və kataifi xəmiri ilə doldurulmuş desertdən ibarətdir. Onun populyarlığının sürətli artımı püstəyə olan qlobal tələbatı artıraraq bazarda təklif çatışmazlığı yaradıb.

“Dubay şokoladının populyarlığı püstənin dünya miqyasında qıtlığına səbəb olub və nəticədə bu yaşıl qozun qiymətləri kəskin şəkildə artıb”, – FT qeyd edir.

ABŞ əsas püstə ixracatçısı olsa da, ötən il məhsulun az olması nəticəsində ehtiyatlar azalıb. Nəticədə püstə ləpələrinin qiyməti bir funt üçün 7,65 dollardan 10,30 dollara yüksəlib.

Bəzi mağazalar isə yaranmış tələbatı tənzimləmək üçün bir nəfərə satılan şokolad plitələrinin sayına məhdudiyyət tətbiq etmək məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti