...

İsrail ordusu "Hizbullah"ı silahla təmin edən şəxsi zərərsizləşdirib

Dünya xəbərləri Materials 20 Aprel 2025 19:26 (UTC +04:00)
İsrail ordusu "Hizbullah"ı silahla təmin edən şəxsi zərərsizləşdirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail ordusu (ÇAXAL) bazar günü Livanda "Hizbullah" üzvü, hərəkatı silahla təmin edən 4400-cü bölmənin komandir müavini Hüseyn Əli Nəsri zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusu öz "Telegram" kanalında yazıb.

"Bazar günü Hərbi Hava Qüvvələri kəşfiyyat məlumatlarına əsasən, 4400-cü bölmənin komandir müavini vəzifəsində çalışmış terrorçu Hüseyn Əli Nəsrə zərbə endirib", - deyə bildirilib.

İsrail tərəfinin bildirdiyinə görə, o, “Hizbullah”ın hərbi potensialını bərpa etmək üçün Livana qaçaqmalçılıq yolu ilə silah gətirmək üzərində işləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti