...

BƏƏ-dən bir İLK: Ölkə qanunvericiliyini süni intellekt yazacaq

Dünya xəbərləri Materials 21 Aprel 2025 11:11 (UTC +04:00)
BƏƏ-dən bir İLK: Ölkə qanunvericiliyini süni intellekt yazacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Birləşmiş Ərəb Əmirlikləri dünyada ilk dəfə olaraq ölkənin yeni qanunvericiliyinin yazılmasında, habelə mövcud qanunvericiliyə yenidən baxılması və dəyişikliklərin edilməsində süni intellektdən istifadə etməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, BƏƏ baş naziri Muhəmməd bin Rəşid əl Maktum qəzetə verdiyi açıqlamada, bu işə süni intellektin cəlb olunmasının daha səmərəli olduğunu hesab etdiyini diqqətə çatdırıb.

“Süni intellekt əsasında işləyəcək yeni qanunvericilik sistemi bizim qanunları qəbul etmək metodlarımızı dəyişməklə, bu prosesi tezləşdirəcək və daha dəqiq edəcək”, - baş nazir bildirib.

Hökumət başçısı düşünür ki, qanunvericiliyə mütəmadi şəkildə “update”lər - yəni yeniləmələr təklif edəcək Süni İntellekt bununla yeni qanunların qəbulu prosesini 70 faiz sürətləndirmiş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti