...

İran Rusiya ilə Şimal-Cənub dəhlizi çərçivəsində yük avtomobillərinin sayının artırılmasına maraq göstərir

Dünya xəbərləri Materials 21 Aprel 2025 15:55 (UTC +04:00)
İran Rusiya ilə Şimal-Cənub dəhlizi çərçivəsində yük avtomobillərinin sayının artırılmasına maraq göstərir
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Rusiya ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində tranzit və yükdaşımanın artırılması məqsədilə yük avtomobillərinin sayının artırılmasına maraq göstərir

Trend-in məlumatına görə, İranın iqtisadi işlər və maliyyə nazirinin müavini və Gömrük Administrasiyasının baş direktoru Forud Əsgəri bu gün Tehranda İran və Rusiya gömrük qurumlarının işçi qrupunun iclasında deyib.

Onun sözlərinə görə, tranzit və yükdaşımanın artırılması əhəmiyyət kəsb edir və bu istiqamətdə mövcud maneələr aradan qaldırıla bilər. İki ölkənin limanlarında yükləmə-boşaltma imkanları və anbarlar mövcuddur və onlardan maksimum şəkildə faydalanmaq olar.

Əsgəri qeyd edib ki, iki ölkə arasında gömrük əməkdaşlığının inkişaf etdirilməsi, iki ölkənin iş adamlarının problemlərinin həll edilməsi prioritet təşkil edir.

İranlı gömrük rəsmisi bildirib ki, İran tərəfi gömrük işinin sürətləndirilməsi məqsədilə müxtəlif sahələrdə, o cümlədən, risklər və tranzitin idarə olunması üzrə məlumatların elektronik qaydada mübadiləsinə hazırdır.

İclasda Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vitali Pikalov da bildirib ki, rüsumların azaldılması və gömrük maneələrinin aradan qaldırılması ticarətin sadələşməsi və ticarət dövriyyəsinin artmasına kömək edəcək.

Məlumata görə, İran və Rusiya arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində yük maşınlarının sayının artırılması, iki ölkənin ticarət dövriyyəsi ilə əlaqədar məlumatların mübadiləsi və tranzit yük avtomobillərinin elektron plomplanması, İranın gömrük əməkdaşlarının Rusiyanın Gömrük Akademiyasında təlim keçməsi, qaçaqmalçılıq və gömrüklərdə qayda pozuntuları ilə mübarizə məsələləri araşdırılıb.

Qeyd edək ki, ötən İran ilində (20 mart 2024 -20 mart 2025) İranın Rusiya ilə qeyri-neft ticarət dövriyyəsi 2,47 milyard dollar dəyərində 4,53 milyon ton təşkil edib. Ötən İran ilində İran Rusiyaya 1,12 milyard dollar dəyərində 2,58 milyon məhsul ixrac edib, Rusiyadan 1,35 milyard dollar dəyərində 1,95 milyon ton məhsul idxal edib.

Xəbər lenti

Xəbər lenti