Bakı. Trend:
Böyük Britaniyanın baş naziri Kir Starmer Aİ ilə Britaniya şirkətləri ilə avropalı müttəfiqlərə milyardlarla funt sterlinq dəyərində silah satmağa imkan verən böyük ticarət razılaşması bağlamağa yaxındır.
Trend-in məlumatına görə, bu barədə "The Times" nəşri xəbər verib.
Nəşr bildirib ki, saziş bağlanarsa, Britaniya firmaları 150 milyard avro dəyərində Aİ-nin yeni müdafiə fondu üçün tenderdə iştirak edə biləcəklər.
Qəzet vurğulayıb ki, Britaniya baş naziri Brüssellə ticarət maneələrini azaltmağa çalışır.