...

Makron Fransa parlamentini buraxmağı nəzərdən keçirir

Dünya xəbərləri Materials 22 Aprel 2025 22:54 (UTC +04:00)
Makron Fransa parlamentini buraxmağı nəzərdən keçirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron bu ilin payızında növbədənkənar seçkilər keçirmək üçün parlamentin buraxılması imkanını müzakirə edir.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər yayıb.

Mənbələr bildiriblər ki, Makron son həftələr özünə yaxın şəxslərlə belə bir ssenari üzrə məsləhətləşmələr aparıb. Müzakirələr yalnız məsləhət xarakteri daşıyıb və hələlik qərar qəbul edilməyib.

Fransada qanunverici orqan üçün növbəti seçkilərin 2029-cu ildən əvvəl keçirilməsi nəzərdə tutulmur.

Xəbər lenti

Xəbər lenti