Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çindən idxal olunan məhsullara tətbiq etdiyi rüsumların azaldılacağını, lakin tamamilə ləğv edilməyəcəyini bildirib.
Trend xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
"Çindən gətirilən mallara hazırda tətbiq etdiyimiz 145 faiz rüsum çox yüksəkdir. Bu qədər yüksək olmayacaq, mütləq azalacaq. Amma bu, sıfıra enməyəcək", – deyə ABŞ prezidenti vurğulayıb.