...

"Oscar" mükafatları ilə bağlı qaydalarda ciddi dəyişikliklər edildi

Dünya xəbərləri Materials 23 Aprel 2025 03:26 (UTC +04:00)
"Oscar" mükafatları ilə bağlı qaydalarda ciddi dəyişikliklər edildi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Kino Akademiyası "Oscar" mükafatlarının təqdim edilməsi qaydalarında əsaslı dəyişikliklərə imza atıb.

Trend xəbər verir ki, bu barədə The Hollywood Reporter məlumat yayıb.

Yeni qaydalara əsasən, Akademiya üzvləri namizədlər üzrə filmlərə səs vermək üçün bütün namizəd filmlərə baxmalı olacaqlar. Əvvəllər isə seçicilərdən yalnız bu filmləri izləmədikləri təqdirdə səsvermədən imtina etmələri istənilirdi.

İndi isə üzvlər yalnız filmə baxdıqlarını sübut etdikdən sonra səsvermə bülletenlərinə giriş əldə edə biləcəklər. Filmlər xüsusi “Academy Screening Room” platforması vasitəsilə izləniləcək.

Əgər Akademiya üzvü filmə kinofestivalda baxıbsa, bu halda ona xüsusi anket doldurmaq tələb olunacaq. Bu dəyişikliklər daha şəffaf və ədalətli qiymətləndirməni təmin etmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti