...

Cənubi Koreyadan Yaponiyaya rekord həcmdə düyü ixrac edilib

Dünya xəbərləri Materials 23 Aprel 2025 04:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlkin mərhələdə iki ton artıq göndərilən düyünün ardınca yaxın vaxtlarda daha 20 ton məhsulun tədarükü planlaşdırılıb.

Trend-in Cənubi Koreya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu ölkə Yaponiyaya statistik qeydiyyatın başladığı 1990-cı ildən bəri ən böyük düyü ixracatını həyata keçirib.

Yaponiyada düyüyə olan tələbin artmasına səbəb kimi ötən il qeydə alınan əlverişsiz hava şəraiti və təbii fəlakətlər göstərilir. Bu amillər nəticəsində yerli istehsalda ciddi azalma baş verib. Eyni zamanda, ölkəyə rekord sayda turist axını və daxili bazarda istehlak tələbinin yüksəlməsi nəticəsində düyü çatışmazlığı daha da kəskinləşib. Nəticədə bir çox yapon ailəsi ehtiyat məqsədilə kütləvi şəkildə düyü almağa başlayıb.

Düyü qiymətləri ötən ilin aprelindən bəri 92 faiz artaraq 1971-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Artımın qarşısını almaq üçün hökumət mart ayında dövlət ehtiyatlarından 210 min ton düyü bazara buraxmaq qərarı verib. Lakin logistika problemləri səbəbindən bu məhsulun yalnız az bir hissəsi mağazalara çatdırılıb.

Aprelin əvvəlinə olan məlumata görə, Yaponiya supermarketlərində 5 kiloqramlıq düyü bağlamasının qiyməti 4124 yen (təxminən 30 ABŞ dolları) təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti