...

Nyu Cersi ştatında meşə yanğınları tüğyan edir

Dünya xəbərləri Materials 23 Aprel 2025 07:19 (UTC +04:00)
Nyu Cersi ştatında meşə yanğınları tüğyan edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Nyu Cersi ştatında güclü meşə yanğını təxminən 1,300 hektar ərazini əhatə edib.

Trend-in məlumatına görə, bu barədə yerli meşə yanğınsöndürmə xidməti çərşənbə axşamı məlumat yayıb.

Alovun yayılması nəticəsində təxminən 1300 bina təhlükə altındadır. Hakimiyyət orqanları Okean qraflığından 3 min sakinin təxliyəsinə qərar verib. Yanğının başvermə səbəbi hələ ki, müəyyən edilməyib.

Hazırda yanğının yalnız 5 faizi nəzarət altına alınıb. Ölən və ya yaralananlar barədə hələlik məlumat verilmir. Fövqəladə xidmətlər hadisə yerində işləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti