Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan episentri İstanbuldan 23 kilometr aralıda Mərmərə dənizində qeydə alınan 6.2 bal gücündə zəlzələ ilə bağlı bəyanat verib.
Trend xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
“Hadisələrin gedişatını yaxından izləyirik. Bütün vətəndaşlarımıza keçmiş olsun deyirəm. Qruplarımız ərazidə ümumi yoxlama və nəzarət işlərini davam etdirir", - bəyanatda qeyd olunub.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkə hesabında, ilkin araşdırmalara əsasən, avtomobil yollarında, hava limanlarında, qatar və metro xətlərində hər hansı dağıntı və ya zərər qeydə alınmayıb.