...

Alimlər bakteriya və mikrobları məhv edən boya icad ediblər

Dünya xəbərləri Materials 24 Aprel 2025 01:43 (UTC +04:00)
Alimlər bakteriya və mikrobları məhv edən boya icad ediblər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Nottingem Universitetinin alimləri boyanın tərkibinə əlavə edilərək tətbiq olunan və müxtəlif növ patogenləri effektiv şəkildə məhv edən örtük hazırlayıblar.

Trend xəbər verir ki, bu haqda tədqiqatın nəticələri “Scientific Reports” dərgisində nəşr olunub.

Tibbi müəssisələr hələ də ciddi problemlə üzləşirlər: mütəmadi dezinfeksiyaya baxmayaraq, səthlərdə təhlükəli mikroorqanizmlər sağ qala bilir və xəstəxanalarda infeksiya halları hər il minlərlə insanın ölümünə səbəb olur.

Araşdırmalar göstərib ki, hətta diqqətlə aparılan təmizləmədən sonra belə səthlər antibiotiklərə davamlı ola bilir.

Alimlərin innovasiyasının əsasını tibb sahəsində yaxşı tanınan dezinfeksiyaedici vasitə olan xlorheksidin təşkil edir. Bu maddə polimer qatranla birləşdirilib. Belə bir formula örtüyə bakteriya və virusları məhv etməyə imkan verir, eyni zamanda ətraf mühitə zərərli maddələr buraxmır və toxunuş zamanı təsirini itirmir.

Hazırda boya üzərində əlavə sınaqlar aparılır və tədqiqatçılar ümid edirlər ki, yaxın gələcəkdə bu məhsul səhiyyə, nəqliyyat və sənaye kimi müxtəlif sahələrdə kommersiya məqsədilə istifadəyə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti