...

Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Dünya xəbərləri Materials 24 Aprel 2025 19:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Britaniya hökuməti Rusiyaya ixracı qadağan olunmuş malların siyahısını genişləndirərək, oraya videooyun kontrolorlarını (coystikləri) daxil edib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV Böyük Britaniyanın Rusiyadakı səfirliyinin bəyanatına istinadən məlumat yayıb.

“Böyük Britaniya Ukraynada cəbhə xəttində pilotsuz uçan aparatların idarə olunması üçün istifadə olunan oyun konsollarına aid coystiklərin Rusiyaya ixracını qadağan edib”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, 2025-ci il fevralın 24-də Birləşmiş Krallıq Ukrayna müharibəsi ilə əlaqədar Rusiyaya qarşı indiyəqədərki ən böyük sanksiya paketini elan etmişdi. Məhdudlaşdırıcı ölçülər Rusiya ordusunun təchizat zənciri və strateji sahələri ilə əlaqəli 100-dən çox şəxs, təşkilat və gəmini əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti