Bakı. Trend:
Kanadanın Toronto şəhərində yerləşən “Pirson” beynəlxalq hava limanının ərazisində atışma olub.
Trend xəbər verir ki, bu barədə “CTV News” məlumat yayıb.
İnsident hava limanının 1 saylı Terminalında baş verib və ciddi təşvişə səbəb olub. İnsanlar kütləvi şəkildə hava limanın ərazisini tərk etməyə başlayıblar.
Məlumata görə, polisin açdığı atəş nəticəsində yetkin yaşlı bir kişi yaralanıb. Yerli hüquq-mühafizə orqanları hazırda ərazidə ətrafdakılar üçün hər hansı bir təhlükənin olmadığını bildiriblər. Hadisənin təfərrüatı barədə məlumat verilmir.
İnsidentlə əlaqədar hava limanının işində ləngilmələrin yarana biləcəyi ilə bağlı xəbərdarlıq edilib.