...

Sərxoş sərnişinə görə Finlandiyadan İsveçrəyə uçan təyyarə Berlində məcburi eniş edib

Dünya xəbərləri Materials 24 Aprel 2025 21:39 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyadan İsveçrəyə uçan sərnişin təyyarəsi içkili sərnişinin aqressiv davranışları səbəbindən Berlin-Brandenburq aeroportuna məcburi eniş edib.

Trend-in “Spiegel” qəzetinə istinadla verdiyi məlumata görə, Helsinki–Sürix reysi ilə hərəkət edən təyyarədə 42 yaşlı Finlandiya vətəndaşı digər sərnişinlərə və ekipaj üzvlərinə qarşı təhqiramiz və aqressiv hərəkətlər edib. Pilot yaranmış vəziyyətlə əlaqədar Berlinə eniş etməyə qərar verib.

Təyyarə eniş etdikdən sonra polis əməkdaşları sərxoş sərnişini saxlayıb. Onun yüksək miqdarda spirtli içki qəbul etdiyi müəyyən olunub. Həmin şəxs barəsində inzibati araşdırmalara başlanılıb və o, 2200 avro məbləğində cərimə olunub.

Prosedurlar tamamlandıqdan sonra sərnişin sərbəst buraxılıb. İnsidentdən sonra təyyarə uçuşunu davam etdirərək Sürixə istiqamətlənib.

Xəbər lenti

Xəbər lenti