...

Donald Tramp “soyqırımı” ifadəsindən yenə istifadə etmədi

Dünya xəbərləri Materials 24 Aprel 2025 22:10 (UTC +04:00)
Donald Tramp “soyqırımı” ifadəsindən yenə istifadə etmədi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 1915-ci ilin aprelin 24-də baş verən hadisələrlə bağlı yayımladığı müraciətində “soyqırımı” sözünündən istifadə etməyib.

Trend xəbər verir ki, Ağ Evin rəsmi saytında dərc olunan müraciətdə Tramp həmin hadisələri “ən dəhşətli fəlakət” kimi səciyyələndirib.

Qeyd edək ki, Donald Tramp ilk prezidentliyi dövründə də 1915-ci il hadisələri barədə danışarkən heç vaxt “soyqırımı” ifadəsindən istifadə etməyib.

Xatırladaq ki, Ermənistan və erməni lobbisi Türkiyənin sələfi Osmanlı İmperiyasının guya 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı qondarma "soyqırım" törətdiyini iddia edir. Ankara dəfələrlə Ermənistanı arxivlərini açmağa və hadisələrin araşdırılması üçün birgə komissiya yaratmağa çağırıb. Lakin Ermənistan hələ də Türkiyənin təklifinə cavab verməyib.

Xəbər lenti

Xəbər lenti