...

“Telegram” Fransa bazarını tərk etməyə hazırdır - Pavel Durov

Dünya xəbərləri Materials 25 Aprel 2025 04:44 (UTC +04:00)
“Telegram” Fransa bazarını tərk etməyə hazırdır - Pavel Durov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Telegram” messencerinin yaradıcısı Pavel Durov Fransada istifadəçilərin mesajlarına “arxa qapı” ilə giriş tələbini tənqid edərək bildirib ki, onun şirkəti bu tələbi yerinə yetirməkdənsə, Fransa bazarını tərk etməyə üstünlük verəcək.

Trend xəbər verir ki, Durov bu açıqlamanı “X” sosial şəbəkəsində Paris polis rəisi Loran Nunezin Fransa hüquq-mühafizə orqanlarına şifrəli mesajlaşma xidmətlərinə çıxışın təmin olunması ilə bağlı çağırışına cavab olaraq verib.

Bu çağırış, “Fransız Məhbusların Hüquqlarının Müdafiəsi” (DDPF) adlı qrupun “Telegram” vasitəsilə koordinasiya etdiyi iddia edilən həbsxana hücumları fonunda səsləndirilib.

“Telegram” hüquq-mühafizə orqanlarına müəyyən hallarda IP ünvanları və telefon nömrələri kimi texniki məlumatları təqdim etsə də, mesajların məzmununa giriş verməkdən imtina edir. Durov bildirib ki, “arxa qapı” tətbiqi təkcə polis üçün deyil, eyni zamanda xarici dövlətlər və kibercinayətkarlar üçün də risk yaradar və milyonlarla insanın şəxsi həyatına müdaxilə demək olar.

Fransada hazırda narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə qanun layihəsi çərçivəsində bu tip messencerlərə giriş imkanlarının yaradılması müzakirə olunur. Müvafiq düzəliş Senat tərəfindən qəbul edilsə də, Milli Assambleya tərəfindən rədd edilib. Durov bu qərarı alqışlayaraq, Fransa vətəndaşlarının şəxsi həyat hüququnun qorunduğunu bildirib.

O həmçinin əlavə edib ki, belə “arxa qapılar” cinayətkarlıqla mübarizədə səmərəsiz ola bilər, çünki cinayətkarlar bir çox digər tətbiqlər və ya VPN texnologiyası vasitəsilə gizli ünsiyyət saxlaya bilirlər.

Xəbər lenti

Xəbər lenti