Bakı. Trend:
Harvard Universiteti özəl fonduna aid olan bir milyard dollarlıq səhm portfelini satmaq üçün fəal danışıqlar aparır.
Trend-in “Bloomberg” agentliyinə istinadla verdiyi məlumata görə, universitet aktivlərin investisiya şirkəti olan “Lexington Partners”a köçürülməsi üçün “Jefferies Financial Group”la əməkdaşlıq edir. Hazırda mümkün razılaşmanın şərtləri tam razılaşdırılmayıb.
Maliyyə təzyiqlərinin səbəbi ABŞ Prezidenti Donald Trampın Harvarda qarşı sərt mövqeyidir. Aprelin 15-də o, universiteti siyasi qurum kimi qiymətləndirərək vergidən azad statusunun ləğvini təklif edib. ABŞ Təhsil Departamenti artıq Harvard Universitetinə ayrılmış 2,2 milyard dollarlıq qrantı və 60 milyon dollarlıq uzunmüddətli müqavilələri dondurduğunu açıqlayıb.
Universitet bu addımlardan sonra alternativ maliyyə mənbələri axtarışına çıxıb və mövcud aktivlərin satışına yönəlib.