...

“Apple” “iPhone” zavodlarını Hindistana köçürəcək

Dünya xəbərləri Materials 25 Aprel 2025 21:00 (UTC +04:00)
“Apple” “iPhone” zavodlarını Hindistana köçürəcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Apple” korporasiyası iki il ərzində “iPhone” istehsalatını tam olaraq Çindən Hindistana köçürməyi planlaşdırır.

Trend xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.

Nəşrin mənbələrinin bildirdiyinə görə, “Apple” öz smartfonlarının istehsalını Çindən Hindistana köçürmə prosesini sürətləndirəcək. 2026-cı ilin sonunadək şirkət ABŞ bazarı üçün nəzərdə tutulan “iPhone” modellərinin 100 faizini Hindistanda yığmağı planlaşdırır.

Bu prosesin sürətlənməsi Vaşinqtonla Pekin arasında gedən ticarət müharibəsinin fəsadları ilə əlaqədardır.

Eyni zamanda, “Apple” korporasiyasının son illərdə Çin sənayesindən asılılığı azaltmağa çalışdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti