Bakı. Trend:
Türkiyə sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Mərmərə dənizində yerli vaxtla saat 20:33-də (Bakı vaxtı ilə 21:33) baş verib. Yeraltı təkanların episentri İstanbul vilayətinin Böyükçekmece rayonundan 17,82 km aralıda yerləşib, ocağı isə 7,01 km dərinlikdə olub.
İlkin məlumatlara görə, hadisə nəticəsində dağıntı və ya tələfat qeydə alınmayıb.