Bakı. Trend:
İsrail atəşkəs şərtlərini yerinə yetirməli və qoşunlarını Livan ərazisindən çıxarmalıdır, o zaman "Hizbullah" təşkilatı silahlarının taleyi ilə bağlı dialoqa hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə "Asas Media" xəbər portalına Livan parlamentinin spikeri Nəbih Berri deyib.
"Müqavimət qüvvələrinin əlində olan silahlar bizim əsas kartımızdır ki, İsrail tərəfindən atəşkəs razılaşması həyata keçirilmədən bundan əl çəkməyəcəyik", - deyə o bildirib.
Onun sözlərinə görə, Livan ordusu cənub bölgələrinə yerləşdirilib, Hizbullah isə qüvvələrini oradan çıxarıb.
"Livan tələb olunanı etdi və 27 noyabr 2024-cü ildə atəşkəs qüvvəyə minəndən bəri müqavimət döyüşçüləri bir dəfə də olsun atəş açmayıb. İsrail isə zərbə və hücumlarını ikiqat artırmaqla cavab verdi", - deyə o qeyd edib.