...

ABŞ Yəmənə silsilə zərbələr endirib

Dünya xəbərləri Materials 26 Aprel 2025 02:35 (UTC +04:00)
ABŞ Yəmənə silsilə zərbələr endirib

Bakı. Trend:

ABŞ ordusu "Ənsar Allah" üsyançı hərəkatının husilərin nəzarətində olan Yəmən ərazilərinə silsilə zərbələr endirib.

Trend-in məlumatına görə, bu barədə "Al Masirah" televiziya kanalı xəbər verib.

Məlumata əsasən, zərbələr nəticəsində Səada vilayətində bir nəfər ölüb.

Bildirilib ki, ABŞ Yəmənin paytaxtı Səna, eləcə də Saada, Əl-Mahvit və Əl-Hodeyda əyalətlərinə hücum edib. Səudiyyə Ərəbistanının “Al Hadath” televiziya kanalının məlumatına əsasən, zərbələr husilərin hərbi obyektlərini, o cümlədən silah anbarları və şəxsi heyətin yerləşdirmə məntəqələrini hədəf alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti