Bakı. Trend:
Kanada hökuməti Qəzza zolağına ərzaq və digər humanitar yardımların alınması üçün BMT-yə 100 milyon Kanada dolları (72 milyon dollar) ayıracaq.
Trend-in məlumatına görə, bu barədə Kanadanın baş naziri Mark Karni deyib.
"Kanada beynəlxalq hüququ müdafiə edir və bu yaxınlarda BMT-yə və digər etibarlı beynəlxalq tərəfdaşlara [Qəzza zolağına] ərzaq və humanitar yardım göstərmək üçün təxminən 100 milyon Kanada dolları məbləğində əlavə yardım ayırdı", - deyə baş nazir "X" sosial şəbəkəsində yazıb.
M.Karni həmçinin vurğulayıb ki, “[İsrail tərəfindən] qida siyasi alət kimi istifadə edilə bilməz” və fələstinlilər "HƏMAS" təşkilatının hərəkətlərinə görə məsuliyyət daşımamalıdırlar. Bununla əlaqədar olaraq o, BMT strukturları vasitəsilə anklava humanitar yardımların çatdırılmasını bərpa etməyə çağırıb.