Bakı. Trend:
Amerika ordusunun tədarükü üçün orta mənzilli ballistik raketlərin (OMBK) yaradılmasının maliyyələşdirilməsi məqsədilə Pentaqona federal büdcədən əlavə olaraq 639 milyon dollar vəsait ayrılacaq .
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu, ABŞ Konqresi tərəfindən 2025-ci maliyyə ili üçün müdafiə büdcəsinin 150 milyard dollar artırılmasını nəzərdə tutan qanun layihəsində əksini tapıb.
ABŞ "soyuq müharibə" başa çatdıqdan sonra orta mənzilli ballistik raketlərə malik olmayıb.
Qeyd edilir ki, 1988-ci ildən 2019-cu ilədək ABŞ və Rusiyaya nüvə və ya adi döyüş başlıqları ilə təchiz edilə bilən, 500 kilometrdən 5,5 min kilometrədək uçuş məsafəsinə malik yerüstü ballistik və qanadlı raketlərin hazırlanması və silahlanmaya qəbul edilməsi qadağan olunmuşdu.