...

Çin ABŞ-dən etan idxalına tətbiq etdiyi 125%-lik rüsumu ləğv edib

Dünya xəbərləri Materials 30 Aprel 2025 00:16 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin hökuməti aprel ayında ABŞ-dən etan idxalına tətbiq etdiyi 125 faiz həcmindəki idxal rüsumunu aradan qaldırıb.

Trend xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi yayıb.

Agentliyin məlumatına görə, bu addım ABŞ-dən neft-kimya sənayesində istifadə edilən etanı idxal edən Çin şirkətlərinə təzyiqi azaldacaq və ABŞ-nin şist qazı hasilatı zamanı alınan etanı – yəni sənaye kimyasını – daha geniş bazarlara çıxarmasına imkan verəcək.

Etan idxal edən əsas Çin şirkətləri sırasında "Satellite Chemical", "SP Chemicals", "Sinopec", "Sanjiang Fine Chemical" və "Wanhua Chemical Group" yer alır.

Etanın əsas ABŞ ixracatçıları isə "Enterprise Products Partners" və "Energy Transfer" kimi iri sənaye korporasiyalarıdır.

Xəbər lenti

Xəbər lenti