...

ABŞ Çin və İran şirkət və şəxslərinə sanksiya tətbiq etdi

Dünya xəbərləri Materials 30 Aprel 2025 01:48 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi İranın ballistik raket proqramı üçün yanacaq komponentlərinin tədarükündə iştirak edən altı fiziki və altı hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) rəsmi açıqlama yayıb.

Sanksiyalara əsas səbəb adıçəkilən şəxslərin və qurumların İran İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") naminə ballistik raketlər üçün istifadə olunan yanacaq maddələrinin əldə olunmasında iştirakı olub. ABŞ sanksiyaları ilə hədəf alınan əsas şirkətlərdən biri İranda yerləşən “Saman Tejarat Barman Trading Company” (STB) olub. Şirkətin Çinin “Shenzhen Amor Logistics Co Ltd” şirkətindən “Sepah”ın sifarişi ilə natrium perxlorat aldığı bildirilir.

Bundan əlavə, STB ilə əlaqəli altı şəxs də sanksiya siyahısına salınıb. STB-yə dioktilebatsinat maddəsinin tədarükünü həyata keçirən Çinin “Dongying Weiaien Chemical Co Ltd” şirkəti də eyni şəkildə cəzalandırılıb.

Sanksiya siyahısına həmçinin natrium xlorat tədarük edən “Yanling Chuanxing Chemical Plant General Partnership” və onunla əlaqəli “China Chlorate Tech Co Limited” və “Yanling Lingfeng Chlorate Co Ltd” şirkətləri də daxil edilib.

Qeyd edək ki, bu ilin əvvəlində Qərb mətbuatı İranın Çindən raket yanacağı istehsalı üçün tələb olunan min ton natrium perxlorat aldığı və bu maddənin iki ayrı gəmi ilə İrana daşındığını yazmışdı.

Xəbər lenti

Xəbər lenti